Onlayn ictimai-siyasi qəzet
Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, 2019-cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızına səhhətində yaranan problemlə əlaqədar ev şəraitində sistem köçürülüb.
Bir müddət sonra isə halı dəyişən uşaq Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı azyaşlının ölməsi faktı faktı qeydə alınıb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
23 Sentyabr 2025
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ