İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK! 70 kiloqram qızıl qaçaqmalçılığında detallar üzə çıxır! Diplomatın kimliyi bilindi

Musavat.com-da yazı yayımlandıqdan sonra məsələ ilə bağlı bəzi detallar da ortaya çıxıb. Yayılan yeni məlumatlara görə, Türkiyədə 70 kiloqram qızılla saxlanılan şəxs 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe vəzifəsində çalışmış polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğludur.

***

Saat: 12:37

Musavat.com
xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliyində çalışan hərbi attaşe, polkovnik-leytenant M.Q.Ş. qızıl qaçaqmalçılığı ilə əlaqədar ittiham olunur.

Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması ittihamların mərkəzində dayanır.

'Diplomatım' dedi üzerinden 70 kilo altın çıktı

Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq M.Q.Ş.-ni dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.

Musavat.com tərəfindən aparılan araşdırmalar göstərir ki, M.Q.Ş. əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb. 

Qızıl qaçaqmalçılığının detalları

İlkin məlumatlara görə, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu şəbəkənin bir hissəsi olaraq M.Q.Ş-nın adının hallandığı bildirilir.

İstanbul'da şüphelinin üzerinden 70 kilo altın çıktı

Araşdırmalar göstərir ki, ittiham olunan diplomat ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.

Bu qalmaqalın üzə çıxması ilə bir sıra suallar yaranır:

  1. Qaçaqmalçılıq əməliyyatının arxasında hansı şəbəkə dayanır?
  2. Şəbəkənin digər iştirakçıları kimlərdir? M.Q.Ş  bu işdə hansı rolu oynayıb?
  3. Bu hadisə Azərbaycana qarşı xarici qüvvələr tərəfindən məqsədli təxribatdırmı, yoxsa fərdi hüquq pozuntusu?

Azərbaycan tərəfi məsələni beynəlxalq hüquq çərçivəsində ciddi şəkildə araşdırmaq niyyətindədir. Belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün daha sərt nəzarət və tədbirlərin görüləcəyi gözlənilir.      

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR