İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR Türkiyənin ən çox bu bölgəsinə investisiya yatırıb - Rəsmi AÇIQLAMA

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyəyə 18 milyard ABŞ dolları investisiya yatırıb".

Musavat.com xəbər verir ki, bunu "SOCAR Türkiyə" Emal və Neft-Kimya bölməsinin rəhbəri və "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, investisiyaların 10 milyard ABŞ dolları yalnız İzmir şəhərinin Əliağa bölgəsinə yatırılıb: 

"SOCAR Türkiyə"nin neft-kimya məhsullarında bazar payı 12 % təşkil edir. Şirkət ölkənin neft məhsullarına olan tələbatın 25 %-ini qarşılaya bilir. "SOCAR Türkiyə" Türkiyənin dizel yanacağında olan ehtiyacını 20-25 %-ni təmin edir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR