Onlayn ictimai-siyasi qəzet
SOCAR Sığorta və Reassurance Brokeri (SOCAR Broker), SOCAR Türkiyənin daxili sığorta brokeri olaraq sentyabr 2022-ci ildə təsis edilib. SOCAR Brokerin əsas gəlir mənbəyi, sığorta və reassurance əməliyyatlarını asanlaşdırmaqla əldə olunan komissiyalardan gəlir. SOCAR Broker, Türkiyədə 22 sığorta şirkəti ilə və 60-dan çox beynəlxalq təkrar sığorta şirkəti iləmüqavilələrə malikdir. SOCAR Türkiyənin qrup şirkətlərindən biri olan, SOCAR Sığorta və Təkrar Sığorta Brokerliyi, dünyanın aparıcı sığorta və təkrar sığorta bazarı olan Lloyd's-da səlahiyyətli broker kimi fəaliyyət göstərmək üçün icazə alıb.
Musavat.com xəbər verir ki, bu fikirləri "SOCAR Türkiyə" və qrup şirkətlərinə dair qısa icmala dair keçirilən mətbuat konfransında "SOCAR Türkiyə"nin Baş icraçı direktoru Elçin İbadov deyib.
E.İbadov bildirib ki, SOCAR Broker, dünyada 300 mindən çox brokerdən yalnız bir neçəsinin əldə etdiyi Lloyd's lisenziyası ilə qlobal oyunçulara qoşulub:
"Türkiyədə bu sahədə fəaliyyət göstərən 195 broker arasında Lloyd's lisenziyasına sahib 4-cü qurum olan SOCAR Broker, geniş sığorta və təkrar sığorta hovuzuna çıxış imkanı və Lloyd's brokeri kimi qazandığı nüfuzla müştərilərinə daha geniş xidmət təqdim edəcək".
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ