İnsanlara hürriyət, millətlərə istiqlal!

Sobçak Mixalkovu Putinə çuğulluq etməkdə suçladı, rejissor cavab verdi

Rusiyanın xalq artisti kinorejissor Nikita Mixalkov öz Teleqram kanalında teleaparıcı Kseniya Sobçakın ittihamına cavab verib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Sobçak tərəfindən Rusiya prezidenti Vladimir Putinə xəbərçilik etməkdə süçlanan kinorejissor bildirib ki, bloqer Anastasiya İvleyevanın paytaxtın “Mutabor” gecə klubunda çılpaq məclis keçirməsi ilə bağlı prezidentə məlumat verməsinə dair ittihamın əsası yoxdur.

N.Mixalkovun sözlərinə görə, o, dövlət başçısını nadir hallarda görür və prezidentin marağını “Mutabor” klubunda baş verən bu gerontoloji yaşam şənliyinə bayramına cəlb etməkdənsə, onların daha maraqlı və vacib müzakirə mövzuları var.

O, qeyd edib ki, Sobçakın özündə də sensasiyalı tədbirdə iştirak etmək “qorxmazlığı var”.

Bir müddət əvvəl jurnalist deyib ki, guya Mixalkov Putinə “Mutabor”dakı şənlik barədə məlumat verib və dövlət başçısına o məclisdən çəkilmiş video göstərib.

Qeyd edək ki, neçə müddətdir Kseniya Sobçakla Nikita Mixalkovun arası yoxdur. Tərəflər bir-birinə nifrət edir və bunu gizlətmirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR