İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocavənddə yanğına səbəb olan şəxs saxlanıldı

Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Əzizovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

A.Əzizov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR