İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiya parlamenti “MiQ-29”ların Ukraynaya verilməsini müzakirə edəcək

Slovakiya Hərbi Hava Qüvvələrinin istifadəsindən çıxarılan MiQ-29 qırıcıları respublikanın Milli Şurasında (parlamentdə - red.) belə bir imkanın ilkin müzakirəsi aparılmadan Ukraynaya verilməyəcək.

"Report" xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad TAZ telekanalının "Siyasətdə" müzakirə proqramında bildirib.

“Əgər biz MiQ-lərin Ukraynaya və hansı şərtlərlə verilməsi barədə qərar qəbul etməkdən danışırıqsa, onda bunu ilk növbədə parlamentdə müzakirə edəcəyik”, - Nad deyib.

O qeyd edib ki, bu məsələ aktual olanda ali qanunverici orqana təqdim ediləcək.

Nazir qeyd edib ki, MiQ-29-ların mümkün transferi Slovakiyanın müdafiə qabiliyyətini zəiflətməyəcək. Bu qırıcılar birdəfəlik milli hərbi hava qüvvələrinin tərkibindən çıxarılır. Onların yarıdan çoxu, Ukraynaya ianə edildiyi təqdirdə, respublika Avropa İttifaqı tərəfindən kompensasiya edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR