İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiya Almaniya ilə anlaşmazlıq üzündən Ukraynaya tank vemədi

Slovakiyanın sovet dövründən qalma T-72 tanklarını Ukraynaya verib əvəzində Almaniyadan daha müasir “Leopard” tankları almaq planı baş tutmayıb.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə “Business İnsider” saytı məlumat yayıb.

Qeyd etmək lazımdır ki, Slovakiya ilə Almaniya arasında bununla bağlı əldə olunan hələ bu ilin aprel ayında razılaşma əldə edilmişdi. Həmin sazişə əsasən, Ukrayna Almaniyanın “Leopard 2A4” tanklarını Slovakiyaya verilməsi müqabilində sovet istehsalı olan 30 ədəd T-72 tankı almalı idi.

Lakin rəsmi Berlin Slovakiya hökumətinə cəmi 15 tank təklif edir ki, bu da rəsmi Bratislavanın müdafiə ehtiyaclarını ödəməyə kifayət etmir. Ona görə də saziş hələ də icra olunmayıb.

"Reallıq ondan ibarətdir ki, biz Çexiyaya və ya digər ölkələrə vəd edilmiş dəstək formasını ala bilmirik. Bu dövlətlər Ukraynaya ötürülən hər tankın müqabilində ikisini alıb. Ona görə də 15 "Leopard" tankı bizim üçün həll yolu ola bilməz. Çünki bizim bir taborumuz üçün 30 döyüş tankı lazımdır”, - deyə Slovakiya Müdafiə Nazirliyinin sözçüsü “Business Insider”ə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR