İnsanlara hürriyət, millətlərə istiqlal!

Sky News: "Müharibə olsa, Britaniyanın sursatı bir neçə günə bitəcək"

NATO qüvvələrinin iştirakı ilə münaqişə baş verərsə, Böyük Britaniya ordusunun əməliyyatlar üçün kifayət qədər sursat və bölmələri olmayacaq.

AzVision.az xəbər verir ki, bu barədə Sky News telekanalı krallığın silahlı qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən biri jurnalistlə söhbətində bildirib ki, Ukraynaya göndərilən silahlar əvəz olunmasa, Böyük Britaniya çox ciddi miqyasda belə özünü müdafiə edə bilməyəcək.

Digər şəxs isə deyib ki, NATO Böyük Britaniyadan tələb olunan sayda bölmə gözləməyə bilər. Çünki krallığın heç belə imkanları da yoxdur. Onun sözlərinə görə, 25-30 min nəfərlik diviziya yaratmaq üçün 10 il vaxt lazım olur. Halbuki indi krallıq 5-10 min əsgərdən ibarət bir ordu qura bilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR