İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sizin pulunuz mənim şərəfimdir" - Haluk Levent

AHBAP Dərnəyinin qurucusu, məşhur musiqiçi Haluk Levent sosial media hesabından topladığı ianələrlə bağlı deyilən iddialara açıqlıq gətirib.

Musavat.com xəbər verir ki, o, dərnəyin fəaliyyətini pozmağa cəhdlərin olduğunu bildirib, lakin qeyd edib ki, artıq problem həll edilib.

Topladığı ianələrin ardından TOKİ ilə görüşdüklərini deyən Levent toplanan ianələrlə ilk işin mənzil məsələsini həll etmək olduğunu bildirib.

Məşhur sosial media hesabında isə bunları yazıb:

"Bu gün axşam saat 10-da açıqlama verəcəkdim. O qədər fərziyyələr oldu ki, hamı yığılan ianələrin müsadirə ediləcəyini, onları Kızılay və ya AFAD-a köçürəcəyimi yazır. Fikirləşdim ki, hadisə daha da böyümədəm açıqlamamı verim.
Vəziyyəti izah etməzdən əvvəl bunu deyim ki, sizin pulunuz mənim şərəfimdir! Heç bir quruma verməyəcəyəm! Verə də bilmərəm. Heç kim də məndən bunu istəməyib! İlk işim TOKİ ilə görüşdüm. Təcili ev tikəcəyik!"- deyə məşhur sosial media hesabında açıqlama verib.

WhatsApp Image 2023-02-16 at 20.25.31.jpeg (106 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR