İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sizə kim deyir ki, kənddən gələnlər mədəniyyətsizdir?" - Sevinc Telmanqızı Bəhram Bağırzadəyə OD PÜSKÜRDÜ - VİDEO

Aparıcı Sevinc Telmanqızı aktyor Bəhram Bağırzadənin jurnalist Həmid Həmidovun “Danışaq?” verilişində səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Qeyd edək ki, Bəhram Bağırzadə verilişdə regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham etmişdi. 

Sevinc Telmanqızı bildirib ki, şəhərli-rayonlu söhbətləri heç də təzə deyil.

"Bu mövzu özünü köklü bakılı sayanlar tərəfindən zaman-zaman qabardılır. Məcburi köçkünlərin ünvanına da öxşar ifadələr səsləndirilirdi ki, güya onlar Bakını klassik şəhər simasından uzaqlaşdırıblar, şəhərdə heyvan saxlayırlar. Bəhram Bağırzadənin sözündə həqiqət varmı, düşmən ölkələrin əhatəsində olduğumuz bir vaxtda belə söhbətlərin nə dərəcədə yeridir?" - Sevinc Telmanqızı deyib. 

Ətraflı videoda: 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR