İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyəzəndə avtomobilə qanunsuz dəyişiklik edən şəxslərə qarşı tədbir keçirilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən, məhsuliyyətdən yayınmaq üçün dövlət qeydiyyat nişanını rəngləyən, sürücülük hüququ olmadan avtomobil idarə edən və sərxoş halda hərəkətdə olan sürücülərə qarşı nəzarət-profilaktiki tədbir keçirilib.

Bəzi nəqliyyat vasitəsilərinin saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.

Polis əməkdaşları qayda pozuntusuna yol verən şəxslərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini çatdırıblar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR