İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi qütbləşmə sağlamlığa ən zərərli faktormuş

Şimali Karolina Universitetinin psixoloqları siyasi qütbləşmənin (siyasi baxışlarda həddindən artıq fərqliliyin) sağlamlıq üçün zərərli olduğunu müəyyən ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, araşdırmanın nəticələri “The Journal of Health and Social Behavior”da dərc olunub.

Müəlliflər 4000-dən çox insanın siyasi baxışları, siyasi həyatda iştirakı, müxalif siyasi partiya ilə bağlı yaşanan emosiyalar və sağlamlıq vəziyyəti ilə bağlı sorğunun məlumatlarını təhlil ediblər.

Tədqiqatın nəticələrinin təhlili siyasətdə həddən artıq emosional və çox qütbləşmiş insanların öz sağlamlıqlarını daha pis qiymətləndirdiyini ortaya çıxarıb. Üstəlik, bu adamlar öz ölkələrinin siyasi həyatında daha fəal iştirak edirlər.

“Qarşı tərəfdən inciklik, qarşı tərəfin üzvləri ilə münasibətdən aktiv şəkildə qaçmaq stresə səbəb olur. Bu, yəqin ki, sağlamlığın pisləşməsinin əsas səbəbidir”,- deyə, alimlər qeyd ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR