İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyarto: Macarıstanın Aİ Şurasına sədrliyi dövründə prioritet məsələ TDT ilə əlaqələri gücləndirməkdir

Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə TDT ölkələri ilə əlaqələrin gücləndirilməsi prioritet məsələdir.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Şuşada keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir türk dövlətlərinin qlobal əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb.

O, həmçinin qlobal böhranlar, xüsusən də Ukraynadakı münaqişə kontekstində dialoq və əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Macarıstan dünyanın yenidən parçalanmasının qarşısını almağa çalışır, əlaqələrə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa sadiqdir.

Nazir Macarıstanın bu yaxınlarda Macarıstan şirkətlərinin regional bazarlara çıxışını genişləndirən Türk İnvestisiya Fonduna 100 milyon ABŞ dolları məbləğində töhfəsindən danışıb.

P.Siyarto qeyd edib ki, ötən il bu ölkələrlə ticarət dövriyyəsinin həcmi 27% artaraq 5 milyard ABŞ dollarına çatıb.

XİN rəhbəri mədəniyyət və təhsil mübadilələrinin mühüm rolunu da vurğulayıb: "Bu il Macarıstanda türk dövlətlərindən olan 1585 tələbə təqaüdlə təhsil alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR