Onlayn ictimai-siyasi qəzet
İranın Şiraz şəhərində, Fars vilayətinin valiliyi qarşısında üçüncü dəfə olaraq Qəşqayi Türkləri etiraz aksiyası keçiriblər.
Musavat.com xəbər verir ki, aksiya iştirakçıları milli geyimlərinin “ələ keçirilməsi və oğurlanması”na qarşı çıxaraq öz tarixi kimliklərini qorumaq üçün mübarizə apardıqlarını bildiriblər.
Aksiya zamanı etirazçılar tarixi kimliklərinin məhv edilməsi cəhdlərinə qarşı şüarlar səsləndirərək, bu hadisənin İran qanunlarına, adət-ənənələrə və tarixə zidd olduğunu bəyan ediblər. Onlar Qəşqayi türklərinin mədəni irsinin və milli geyimlərinin İrandakı hakimiyyət tərəfindən mənimsənilməsinə və assimilyasiya siyasətinə qarşı olduqlarını vurğulayıblar.
Etirazçılar Azərbaycan türklərinin Qəşqayi qardaşlarına dəstək verməsini tələb ediblər. Onlar aksiyada “Qəşqayi var olsun, Azərbaycan sağ olsun” və “Qəşqayi, Türkmən – ittihad, ittihad” (birləşin, birləşin) şüarlarını səsləndirərək türk birliyinə çağırış ediblər.
Qeyd edək ki, son zamanlarda İranda türkdilli xalqlar, o cümlədən Qəşqayi türkləri, Güney Azərbaycan türkləri və Türkmənlər rejimin assimilyasiya siyasətinə qarşı etirazlarını daha açıq şəkildə ifadə edirlər. Musavat.com hadisə yerindən yayımlanan video görüntüləri təqdim edir və bölgədə baş verən prosesləri izləməyə davam edir.
Musavat.com
16 Mart 2025
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ