Onlayn ictimai-siyasi qəzet
Ermənistan və Azərbaycan yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilər.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan brifinqdə bildirib.
"Biz demək olar ki, bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə xələl gətirməmək üçün təfərrüatları açıqlamaq istəmirəm", - deyə o qeyd edib.
Simonyan Ermənistan tərəfinin sülh sazişinin redaktə edilmiş başqa variantını Bakıya təhvil verdiyini bildirib.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ