Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün Rusiya səfiri Sergey Kopurkin ilə görüşdən sonra növbəti dəfə rusiyapərəstləri və Moskvaya yaxın olan şəxsləri hədəfə alıb.
Musavat.com xəbər verir ki, Simonyan jurnalistlərə açıqlamasında Rusiya tərəfindən Ermənistana "hibrid müharibə" aparmaq üçün maliyyə ayrıldığını iddia edib. Onun sözlərinə görə, bu vəsaitlər əsasən eks-prezident Robert Koçaryan və onun siyasi bloku vasitəsilə ölkədə gərginlik yaratmaq üçün istifadə olunur.
Simonyan daha da irəli gedərək Robert Koçaryanı "Rusiya casusu" adlandırıb. O, bu fikrini Koçaryanın və tərəfdarlarının tezislərinin Moskvanın mövqeyi ilə üst-üstə düşməsi ilə əsaslandırıb. Spiker həmçinin Koçaryanın dəstəklədiyi Gümrü meri Gukasyanın "Ermənistan-Rusiya ittifaq dövləti" ideyasını da bu kontekstdə göstərib.
Toğrul İSMAYIL,
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ