İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan: Ermənistanın KTMT-dən çıxması istisna olunmur  

“KTMT-dən çıxmaq barədə qərarın verilə biləcəyini heç kim istisna etmir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə sentyabrın 9-da Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

“Heç kim KTMT-nin bunun üçün hər şeyi etdiyini inkar etmir. Mən Ermənistanın 9 noyabr bəyanatından öz imzasını geri çəkməli olduğumu düşünmürəm. Ermənistanın 9-cu bənd üzrə öhdəlikləri və bütün sənədin əsasları “sülh kəsişməsi” məntiqinə uyğundur”, - deyə Alen Simonyan iddia edib.

Simonyan Rusiya Xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın “Ermənistanın KTMT tədbirlərində fəal iştirak etməməsinin  Ermənistan xalqının maraqlarına uyğun olmadığı  barədə bəyanatına da toxunub.  Alen Simonyan əvvəlcə Zaxarova ilə bağlı şərh vermək istəmədiyini bildirsə də sonradan bunları söyləyib: “Məncə, Ermənistanla təhdid dili ilə danışmaq çox pis məntiqdir. Biz bunu bu və ya digər şəkildə gördük...”

Alen Simonyan Ermənistanda anti-Rusiya kampaniyasının aparılmadığını bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR