İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan: “Azərbaycan Laçın dəhlizinin bağlanması üçün zəmin hazırlayır”

“Azərbaycan Dağlıq Qarabağı (Qarabağ - red.) Ermənistanın cənub hissəsi ilə birləşdirən Laçın dəhlizinin bağlanması üçün zəmin hazırlayır”.

Musavat.com xəbər verir ki, bunu Moskvada KTMT Parlament Assambleyasının plenar iclasında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Ermənistan rəsmisi yenə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan ifadələr işlədib. Onun sözlərinə görə, “rəsmi İrəvanın qarşısında Dağlıq Qarabağ əhalisini qorumaq vəzifəsi” var.

“Azərbaycan bəyan etməyə başladı ki, Dağlıq Qarabağ problemi artıq mövcud deyil. Bu yaxınlarda Azərbaycanın Müdafiə Nazirliyi Rusiya sülhməramlılarından Dağlıq Qarabağ adından və erməni toponimlərindən istifadə etməməyi tələb edib”, - deyə Alen Simonyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR