İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan Arutyunyanla telefon söhbətindən danışdı

Arayik Arutyunyanın istefa verməsindən xəbərim var idi.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan sədri Alen Simonyan danışıb.

“Onunla bir neçə telefon danışığımız oldu və o, hətta mənə dedi ki, bir gün oyanıb görəcəksən ki, mən orada deyiləm, mənə çox təzyiqlər var”,-deyə Simonyan bildirib.

Ermənistan parlamentinin rəhbəri qondarma qurumun  ləğvi ilə bağlı sənədlər haqqında danışıb: “Dağlıq Qarabağın” (qondarma qurum-red.) o vaxtkı hakimiyyət orqanları bu sənədlərlə bağlı qərar qəbul edəndə və bununla bağlı son anda bizə zəng etdikdə artıq bizim edəcək heç bir şeyimiz qalmadı. Onlar bizə sadəcə artıq qəbul olunmuş qərar barədə məlumat verdilər. Heç bir müzakirə olmadı, bizə zəng etmədilər, nə düşündüyümüzü, mövqeyimizi, hislərimizi soruşmadılar, bu qərarı verdiklərini söyləməklə kifayətləndilər. Bizim yalnız bir tələbimiz oldu: mətndən Ermənistanla bağlı reallıqla heç bir əlaqəsi olmayan, ifadələr çıxarılsın”,-deyə Simonyan söyləyib.

Alen Simonyanın sözlərinə görə, Ermənistan alternativ variant da təklif edib. “Ermənistan orada öz əsgərlərini qurban verdi, Ermənistan dövləti xalqının, dövlətinin büdcəsini kəsdi və bununla “Dağlıq Qarabağın” (qondarma qurumun-red.) varlığını təmin edirdi. Əmək haqqı, kommunal xərclər, ordu, bütün bunlar Ermənistan Respublikası tərəfindən təmin edilib”,-deyə Simonyan bildirib.

Bununla o, əslində, Qarabağın Ermənistan tərəfindən işğalını təsdiqləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR