İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreyadan Rusiyaya ŞOK DƏSTƏK: Görün nələr verib...

Şimali Koreya Rusiyaya 200 uzaqmənzilli artilleriya qurğusu göndərib.

Musavat.com xəbər verir ki, bu barədə “Yonhap News TV” kanalı məlumat yayıb.

Cənubi Koreyanın Müdafiə Nazirliyi parlamentin müdafiə komitəsi üçün keçirdiyi brifinqdə Şimali Koreyanın Rusiyaya 11 min hərbçi, raketlər, 200 ədəd uzaqmənzilli artilleriya qurğusu və böyük həcmdə sursat tədarük etdiyini açıqlayıb.

Nazirlik KXDR-in gələcəkdə Rusiyaya əlavə qoşun, silah və sursat göndərmək ehtimalının yüksək olduğunu da vurğulayıb.

Bundan əlavə, Şimali Koreyanın bu ili müasir silah sistemlərinin inkişafına həsr etdiyi beşillik planın son ili kimi görərək, silah istehsalını ikiqat artıracağı gözlənilir. Bu plana nüvə sualtı qayıqları, casus peykləri və bərk yanacaqla işləyən qitələrarası ballistik raketlərin hazırlanması daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR