İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya yeni ballistik raketi sınaqdan keçirib

Aprelin 13-də Şimali Koreya ilk dəfə olaraq özünün yeni “Hvason-18” bərk yanacaqlı qitələrarası ballistik raketini (ICBM) buraxıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Koreyanə xəbər agentliyinin məlumatına görə, sınaqlar “qonşu ölkələrin təhlükəsizliyinə mənfi təsir göstərməyib”. Raketin iki pilləsi KXDR-in şərq sahilindən 10 və 335 km məsafədə dənizə düşüb. Qeyd olunur ki, yeni ICBM ölkənin “strateji silahlı qüvvələrinin əsas vasitəsinə” çevrilməli və qarşısının alınması sistemində mühüm rol oynayacaq.

Buraxılışa Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib. O bildirib ki, yeni "Hvason-18" əks-hücum nüvə zərbəsi endirmək qabiliyyətini artıracaq.

Qeyd olunur ki, Kim Çen In “raketin nəticələrindən məmnunluğunu ifadə edib”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR