İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya ABŞ-ni vura biləcək raketini nümayiş etdirib - VİDEO

Şimali Koreya “Hwasong-15” qitələrarası ballistik raketinin buraxılışının videosunu yayıb.

Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib ki, buraxılış döyüş hazırlığının qəfil yoxlanışı çərçivəsində həyata keçirilib.

Raket 67 dəqiqə ərzində 989 km uçub və sonra Yapon dənizinə düşüb. Onun maksimal uçuş hündürlüyü 5,77 min km olub. Nəzəri cəhətdən belə bir raket ABŞ-yə çata bilər.

Raketin buraxılışı fonunda ABŞ Hərbi Hava Qüvvələri Yaponiya Hərbi Hava Qüvvələri və Cənubi Koreya Hərbi Hava Qüvvələri ilə ayrı-ayrılıqda təlimlər keçirib. Bombardmançıları müşayiət edən qırıcılar havaya qaldırılıb.//oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR