Onlayn ictimai-siyasi qəzet
Pakistanda “Bəlucistan Azadlıq Ordusu”ndan olan partizanlar ölkənin cənub-qərbində sərnişin qatarını atəşə tutaraq maşinisti yaralayıb və sərnişinləri əsir götürüblər.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, qatar Kvetta şəhərindən Pakistanın Xayber Paxtunxva əyalətinə gedirmiş.
AFP-nin Kvetta nümayəndəsindən əldə etdiyi məlumata görə, partizanlar tərəfindən əsir götürülən sərnişinlərin sayı 450-dən çoxdur.
Yerli hakimiyyət bu hadisəni terror aktı olaraq qiymətləndirir.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ