İnsanlara hürriyət, millətlərə istiqlal!

Sığortahaqqı ödəyən pasiyentlərə görə nə qədər ödəniş olunur?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sığorta ödənişləri ilə bağlı statistik məlumatları açıqlayıb.

Musavat.com xəbər verir ki, agentlik sədri 2024-cü ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayının 2 milyon 237 min nəfərə çatdığını diqqətə çatdırıb.

O bildirib ki, bu da iqtisadi fəal əhalinin 42%-ni təşkil edir:

"Sığortahaqqı ödəyən şəxslərin təxminən yarısı tibbi xidmətlərdən yararlanaraq sığortanın təmin etdiyi imkanlardan istifadə edib. 2023-cü il üzrə sığortahaqqı ödəyənlər üçün bir pasiyentə düşən ödəniş 181 manat, ödəməyənlər üçün isə 172 manat olub. Yaş qrupları üzrə xidmətlərdə ən çox xərc 65 yaşdan yuxarı sığortahaqqı ödəyən əhali arasında qeydə alınıb. Sözügedən kateqoriya üzrə 1 pasiyentə düşən ödəniş 405 manat təşkil edib ki, bu da sığorta sisteminin yaşlı əhali üçün vacibliyini göstərir".

Zaur Əliyev əlavə edib ki, sığortahaqqı ödəyən və xidmətdən yararlanan pasiyentlər üçün dövlət tibb müəssisələrinə 175.7 milyon manat, özəl tibb müəssisələrinə isə 60.3 milyon manat vəsait ödənilib:

"Eyni zamanda, dövlət tibb müəssisələrinə müraciətlərin sayı 3.8 milyonu, özəl tibb müəssisələrinə müraciət isə 208 mini keçib".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR