İnsanlara hürriyət, millətlərə istiqlal!

Seyran Ohanyana ittiham elan edildi

 

Keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.

Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın Baş Prokurorluğu yerli mediaya açıqlamasında bildirib. Ohanyan bir neçə epizodda külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Qeyd edək ki, Ermənistan parlamenti fevralın 8-də baş prokurorun vəsatətləri əsasında Seyran Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq vermişdi.

Xatırladaq ki, S.Ohanyan 1992-ci ildə törədilmiş Xocalı soyqırımının əsas təşkilatçı və icraçılarından biridir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR