İnsanlara hürriyət, millətlərə istiqlal!

Səyahətsevərlərin DİQQƏTİNƏ! Bayram günlərində hara gedək?

 
Məlum olduğu kimi, növbəti həftənin 3 günü qeyri-iş günləridir. Bəs bu günləri necə dəyərləndirmək olar?
 
Turizm blogeri Rəna Kərimova Musavat.com-a açıqlamasında gəzmək həvəsində olanlara tövsiyələr verib: 
 
5e30bd9e532daaa3ae33ff8aecff1238.jpg (45 KB)
 
"Hazırda payız fəslini tam hiss etmək üçün rayonlara üz tutmağın ən gözəl vaxtıdır. Xüsusilə Quba, Qusar, Şəki, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, həmçinin Gəncə, Göygöl  marşrutları çox gözəldir, payızın rənglərini tam hiss etmək olur. Cənub zonasında payız bir qədər gec gəldiyinə görə hələ tam rəngarənglik müşahidə olunmur. Ona görə də əgər sırf payız ab-havası istəyirlərsə, cənuba yox, digər dediyim istiqamətlərə üz tuta bilərlər. Cənuba isə daha çox noyabrın sonlarına doğru getmək olar. Əgər sırf cənuba getmək istəyənlər varsa, bir günlük Astaranın Sım kəndinə gedə bilərlər. Çox gözəl şəlalələri var. Bundan başqa, Xanbulan gölü ilin bütün fəsillərində gözəldir, həmçinin sitrus meyvələrinin vaxtıdır. Bu bayram günlərində cənubda sitrus bağlarına üz tuta, eyni zamanda bir çox bağlarda meyvə yığımında iştirak edə bilərlər. İki günlük tur üçün "Marxal" hotelin turlarını məsləhət görə bilərəm. Turistlər Bakıdan hotelə məxsus avtobuslarla gedə, 1 gecə hoteldə qala, həmçinin hotelin Şəki ətrafı, eləcə də Mingəçevirə təşkil etdiyi səyahətdən yararlana bilərlər. Yeni açılan "Basqal" hotel də bayram günlərində çox turist qəbul edəcək. "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu, kəlağayı emalatxanası səyahətsevərləri cəlb edir. Quba, Qusarda Şahdağ istirahət kompleksində qalmaq olar. Yaxınlıqdakı Laza kəndinə yürüyüş etmək imkanı var. Qubada isə Xınalıq kəndinə getmək olar. Belə deyək, yalnız hotel istirahəti il məhdudlaşmayıb, yaxınlıqdakı kəndlərə baş çəkmək, tarixi yerlərə getməklə istirahəti yaddaqalan etmək olar".
 
Bloger təbiətsevərlər üçün məsləhət verib: "Hazırda Qaranohur, Əmbil göllərinin əsl vaxtıdır. 1 günlük Qaranohura gedib möhtəşəm mənzərəyə şahid olmaq olar. İsmayıllı, yaxud Şamaxıda gecələyərək gölə yürüyüş etmək mümkündür".
 
Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR