Onlayn ictimai-siyasi qəzet
Moskva vilayətinin şəhərlərinin birində yeniyetmə Beynəlxalq Qadınlar Günü ilə bağlı yaşananlara tab gətirə bilməyib. Sevgilisi üçün hazırladığı hədiyyə oğlanın xoşuna gəlməyib.
Hadisə cümə axşamı axşam saatlarında baş verib. Məhəllə sakinləri hündürmərtəbəli binanın pəncərələrinin altından 13 yaşlı oğlanın meyitini aşkar ediblər. Tezliklə anası və kiçik bacısı evdən çıxıb.
Onlar şoka düşərək, əvvəlcə bir söz deyə bilməyiblər. Sonradan şagirdin anası ilə son söhbətinin təfərrüatları aydınlaşıb ki, bu da faciəni işıqlandırmağa kömək edib.
Məlum olub ki, oğlan martın 8-də sevgilisi üçün gözəl bir şey etmək istəyib. Hədiyyə, onun fikrincə, qızın fevralın 23-də ona verdiyi hədiyyəyə - qulaqcıqlara uyğun olmalı idi. Görünür, özü də heç nə fikirləşə bilməyib və məsələ ilə bağlı qərarı son günə təxirə salıb: oğlan cümə günü sürpriz etmək niyyətində olub.
Ana bir seçim olaraq oğluna boyunbağı təklif etsə də, amma yeniyetmə öz sevgilisinə bunu yaraşdırmayıb və hətta ağlayıb. Sonda seçim gözəl bir boşqabla həll olunub.
Məktəblinin razılaşdığı güman olunsa da, bir neçə dəqiqə sonra özünü binadan atıb. Dostları qeyd ediblər ki, yeniyetmə çox həssas idi və hətta kiçik problemlər olduqda dərhal özünə qapanırdı. (lent.az)
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ