İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə şahzadəsi Baydeni ələ salır - İDDİA

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti Co Baydeni fərdi şəkildə tənqid edir, onu lağa qoyur və dövlət başçısının əqli qabiliyyətlərini şübhə altına alır.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Vəliəhd şahzadə müşavirlərinə ABŞ-ın keçmiş prezidenti Donald Trampla işləməyə daha çox üstünlük verdiyini və Baydendən hələ 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrdən bəri xoşu gəlmədiyini söyləyib.

Bundan əlavə, Bayden bu ilin iyul ayında vəliəhdlə görüş zamanı Səudiyyə Ərəbistanında insan haqlarının pozulması və 2018-ci ildə jurnalist Camal Qaşıqçının ölümünü xatırlatmaqla onu bərk qəzəbləndirib. Səudiyyə Ərəbistanı rəsmiləri Qərb ölkələri ilə münasibətlərdə yalnız neft və təhlükəsizlik məsələlərinin önə çıxmasından da məyus olduqlarını gizlətmirlər.

Rəsmi Ər-Riyad “WSJ”nin infomasiyasını təkzib edib. “Anonim mənbələr tərəfindən irəli sürülən bu iddialar tamamilə yalandır. Krallıq hər zaman qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyinə inam əsasında Birləşmiş Ştatların prezidentlərinə son dərəcə hörmətlə yanaşıblar”, - deyə Səudiyyənin xarici işlər naziri Feysəl bin Fərhan bildirib.

Ağ Evdəki brifinqdə mətbuat katibi Karin Jan-Pyer əvvəlcə qəzetin informasiyasını şərh etməkdən boyun qaçırıb. Lakin o, daha sonra bu məlumatları gülünc bəyanatlar adlandırıb. Ağ Ev rəsmisi bununla belə məhz hansı bəyanatın gülünc olduğu barədə suala aydınlıq gətirməyib.

“Ancaq mən çox açıq deyəcəyəm: prezident lap əvvəldən Səudiyyə Ərəbistanı ilə münasibətlərimizi yenidən nəzərdən keçirməyin lazım olduğunu söyləyib”, - deyə Jan-Pyer əlavə edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının da yer aldığı “OPEC+”un son qərarları Rusiya ilə razılaşdırılıb və bu, bir çöx ölkələrin iqtisadiyyatlarına zərər verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR