Onlayn ictimai-siyasi qəzet
"Dağlıq rayonlarına yağan qar heyrət doğuran qış mənzərəsini yaradıb..."
Səudiyyə Ərəbistanın regionlarında tarixdə ilk dəfə olaraq qar yağıb və səhranı qar örtüyünə qərq edib.
Moderator.az xəbər verir ki, bu barədə "Khaleej Times" nəşri yazıb.
Sinoptiklər səhraya yağan bu qeyri-adi qarı bu ərəfədə regionda yağan güclü yağışlar və dolu düşməsi ilə əlaqələndirir.
Payız qarı regionu iki gün davam edən güclü yağış və doludan sonra bütün regionu bürüyüb. Güclü yağıntılar regionun müxtəlif hissələlərində müşahidə edilib.
"Elə dünən dağlıq rayonlara yağan qar heyrət doğuran qış mənzərəsini yaradıb", - nəşr yazıb.
Sinoptiklər xəbərdarlıq edib ki, yaxın günlərdə regionda güclü yağışlar və dolu gözlənilir, bu da yollarda görüntünü pisləşdirə bilər. Həmçinin bu qasırğalar, ehtimal ki, güclü küləklə müşahidə ediləcək.
Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzi həmçinin xəbərdarlıq edib ki, Cazan, Assir, Əl-Baha, Məkkə, Mədinə, Qasım, Heyl, Ər-Riyad və Şərq regionunu toz dumanları, güclü yağış, dolu və duman örtə bilər.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ