Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı gələn həftə Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcəyini təsdiqləyib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
"Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ABŞ və Ukrayna arasında gələn həftə Ciddədə baş tutacaq görüşə ev sahibliyi etmək fürsətini alqışlayır. Krallıq Ukrayna böhranına son qoymaq üçün davamlı sülhə nail olmaq üçün səylərini davam etdirir", - sənəddə deyilir.
Martın 6-da Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff bəyan edib ki, ABŞ və Ukrayna nümayəndələri münaqişənin həlli ilə bağlı məsələləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanında görüşmək niyyətindədirlər.
Musavat.com
29 Aprel 2025
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ