İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı futbola milyardlar yatırır - "ulduzlar", klublar alır

Hazırdai Səudiyyə Ərəbistanının planetar idman arenasında artan rolu çoxlarının diqqətini cəlb edir. Bir müddət əvvəl futbol dünyası Kriştianu Ronaldonun illik 200 milyon dollarlıq müqavilə ilə “Əl Nəsri” klubuna transferi ilə həyəcanlanmışdı. O, necə deyərlər, böyük bir hərəkatın ilk "qaranquşu" idi.

İyunun əvvəlində “Əl-İttihad” klubunun sıralarına keçmiş “Real Madrid” futbolçusu və hazırkı “Qızıl top”un sahibi Kərim Benzema da qoşulub. Böyük bir azarkeş ordusu üçün bu, sürpriz olub. Az qala Lionel Messi və Luka Modriç də Səudiyyə Ərəbistanına köçəcəkdilər. Bu sövdə baş tutmadı, amma onlar baş məşqçi Stiven Cerardı tovlayıb apara bildilər.

Bir çox ekspertlər zamanla Səudiyyə Ərəbistanının futbol təsərrüfatında güclənəcəyinə dair proqnozlar verir. Onsuz da ərəb əsilli zəngin və nüfuzlu şəxslər Avropanın məşhur futbol klublarına sahibdirlər. Onlar İspaniyada "Almeriyanı və İngiltərəd "Şeffild Yunayted"i alıblar. Bir vaxtlar kral ailəsinin nümayəndələri hətta “Mançester Yunayted”i almaq istəsələr də, sövdələşmə baş tutmayıb.

Səudiyyə Ərəbistanı Yunanıstan və Misirlə birlikdə 2030-cu il dünya çempionatına ev sahibliyi etməyə real namizədlərdən biridir. Yuxarıda adları çəkilən Benzema və Messi elmi olaraq bu ölkənin müraciətinə dəstək verəcəklər.

Maraqlıdır ki, Səudiyyə Ərəbistanı böyük beynəlxalq yarışların formatını dəyişdirmək təşəbbüsləri ilə çıxış edir. 2021-ci ildə futbol üzrə dünya çempionatlarının iki ildən bir keçirilməsi təklifi irəli sürülüb. Ancaq bu təklif UEFA və digər təşkilatlar tərəfindən ciddi şəkildə tənqid olundu.

Futbola və digər idman növlərinə maraq təkcə kral ailəsi tərəfindən deyil. Böyük neft şirkətləri də bu sahəyə öz maliyyə töhfələrini verirlər.  2030-cu ilə qədər Səudiyyə Ərəbistanı bu ssahənin lideri olmaq niyyətindədir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR