İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səs”də gərginlik: “Elnarə sənətkardır”  

“Səs Azərbaycan”ın növbəti buraxılışında gərgin anlar yaşanıb.

Musavat.com xəbər verir ki, iştirakçı Mədinə Mirzəyeva müğənni Elnarə Xəlilovanın məşhur "Ayrıldıq” mahnısını ifa edib. Onun ifasına isə heç bir ustad dönməsə də, Xalq artisti Röya Ayxan ilə hitmaker Murad Arifin fikirlərinin üst-üstə düşməməsinə səbəb olub.

Röya Ayxan bildirib ki, iştirakçı Elnarədən pis oxumasa da, qadın kimi hiss verə bilməyib ifasına.
Murad Arif isə onun fikirlərinə etiraz edib:

“Əziz həmkarım Röya ilə razı deyiləm. Elnarədən yaxşı oxumadı, heç yaxşı oxumadı. Elnarə sənətkardır. Elnarə heç vaxt “H” hərfini “x” kimi tələffüz etmir. Onun mahnısını oxuyursunuzsa, onun ifasındakı dəqiqliyi təkrar edərdiniz”.


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR