İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxoş halda avtomobil idarə edən din xadimi HƏBS OLUNDU

Qazaxıstanda Kostanay vilayətinin baş imamı Baxitbek Tajimbet sərxoş halda avtomobil idarə etdiyinə görə 15 sutka həbs edilib.

Musavat.com daryo.uz-a istinadən xəbər verir ki, Qazaxıstan Müsəlmanlarının Dini İdarəsi imamı vəzifəsindən uzaqlaşdıraraq müsəlmanlardan üzr istəyib.

Məlumata görə, hadisə iyulun 23-də baş verib.

Belə ki, Burabaydakı gecə klublarından birinin yaxınlığında sərxoş halda avtomobil idarə edən din xadimi məhkəmənin qərarı ilə 7 il sürücülük vəsiqəsindən də məhrum edilib.

Onun təqsiri istintaqla sübuta yetirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR