İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvər Bəşirli Adıyamanda Türkiyənin məşhur kanalına müsahibə verdi - VİDEO

Köhnə "Jiquli"si ilə Türkiyəyə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən Sərvər Bəşirli hazırda Adıyamandadır.

Türkiyəyə dəstək verən təşkilatların vasitəsilə qardaş ölkəyə gedən Sərvər Bəşirli ilə yanaşı, onun əmisi oğlu İmamverdi Bəşirli və daha bir yaxın qohumu zəlzələ qurbanlarına yardım etmək üçün könüllü olaraq fəlakət bölgəsində çalışırlar.

Musavat.com xəbər verir ki, Türkiyə mediası Laçın qaçqını olan Sərvər Bəşirlinin alqışa layiq hərəkətini gündəmdə saxlamaqdadır.

"Azərbaycanda maşınına yüklədiyi yardım materialları ilə fotosu çəkilən Sərvər Bəşirli Adıyamanda zəlzələdən zərərçəkənlər üçün çalışır" - Türkiyə mediası yazır.

Məcburi köçkünlük həyatı yaşayan S.Bəşirli İhlas Haber Ajansına (İHA) müsahibəsində deyib:

“Biz evsizliyin nə olduğunu bilirik. Çadırda qalırdıq. Çadırdan əvvəl isə bir ağacın altına sığınmışdıq. Biz çox balaca idik".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR