İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şərurlu İsfəndiyar” cəzalandırıldı

Tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova cərimə protokolu yazılıb.

Musavat.com Pravda.az-a istinadla xəbər verir ki, protokolda onun əmək qanunvericiliyini pozduğu bildirilib.

Belə ki, “Şərurlu İsfəndiyar”ın barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (əmək qanunvericiliyinin pozulması, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Abbas Rzayevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Xatırladaq ki, bu xətaya görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, son illər İsfəndiyar Axundovun başı məhkəmə qalmaqallarına qarışıb. Belə ki, o, ləğv prosesində olan “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun cinayət işində zərərçəkmiş qismində tanınır. “Şərurlu İsfəndiyar” Nadir İsmayılovdan 5 milyon manat tələb edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. İsfəndiyar Axundovun isə zərəri ödənilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR