İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeron Stoun fanatlarının çılğınlığından danışdı - Maşınının kapotuna dırmaşıblar

Məşhur aktrisa Şeron Stoun "Əsas instinkt" filminin kinoteatrlarda nümayişindən sonra pərəstişkarlarının onun diqqətini çəkməyə çalışdıqlarından danışıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, aktiras deyib ki, ilk gün azarkeşlər onu avtomobilini işıqforun qırmızı işığı yandıqda saxlayarkən seyr etməyə başlayıblar. 

“Cümə günü, bu film çıxanda mən praktiki olaraq heç kim idim. Çərşənbə axşamı mən artıq kiçik BMV-də ticarət mərkəzindən çıxırdım, işıqforda dayandım və insanlar avtomobilimin ətrafında ilişib qaldılar", - deyə aktrisa etiraf edib.

Stoun əlavə edib ki, o anda pərəstişkarlarından hara uzaqlaşacağını bilmirdi - aktrisa oradan ayrıla bilməyib, çünki insanlar onun avtomobilinin kapotunun üstünə çıxıblar. Hollivudun cazibədar gözəlinin sözlərinə görə, pərəstişkarları daha da israrlı olublar, buna görə də o, avtomobilinin buferini və arxa şüşələrini qoparmamaları üçün onlara yalvarmalı olub.

Erotik triller "Əsas instinkt" filmi 1992-ci prokata buraxılıb. Filmdə baş rolları Maykl Duqlas və Şeron Stoun oynayır. Filmdə impulsiv detektiv Nik Kurran rok ulduzunun qətlini araşdırır, eyni zamanda əsas şübhəli - yazıçı Ketrinlə romantik münasibətə girir. Filmin rejissoru Pol Verhoevendir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR