İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərnişinlərin nəzərinə! - Bakıda bu avtobusların hərəkəti məhdudlaşdırıldı

Bu gün saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti - Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) qafqazinfo-ya bildirilib. Məlumata görə, buna səbəb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ərazidə təmir-bərpa işlərinin aparılmasıdır.

Bununla əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR