Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan adının keçdiyi böyük miqdarda mənimsəmə işi üzrə aparılan məhkəmə prosesində ifadə verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, həmin iş Sərkisyanın hökumətində yüksək vəzifə sahibi olmuş insanların hərəkətləri ilə bağlıdır.
Qeyd edək ki, bu cinayət işi üzrə ümumilikdə 5 təqsirləndirilən şəxs iştirak edir. Serj Sarkisyandan başqa, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, keçmiş nazir müavini Samvel Qalstyan, departament rəhbəri Gevorq Arutunyan və biznesmen Barseq Beqlaryana qarşı da ittiham irəli sürülüb.
Serj Sarkisyana qarşı irəli sürülən ittihama görə, o, Ermənistan Respublikasının prezidenti olarkən vəzifə səlahiyyətlərindən istifadə edərək bir qrup vəzifəli şəxs tərəfindən 489 milyon 160 min 310 dram (təxminən 1 milyon 200 min ABŞ dolları) pulun oğurlanmasını təşkil edib.
Barseq Beqlaryana qarşı irəli sürülən ittihamlara görə, “Flash MMC”nin sahibi olmaqla Ermənistanın keçmiş kənd təsərrüfatı naziri postu, Serqo Karapetyanı böyük miqdarda dizel yanacağını oğurlanmasında razı salıb.
Gevorq Arutunyana qarşı irəli sürülən ittihama əsasən, o, 2012-ci il yanvarın 25-dən 2015-ci il yanvarın 12-dək olan müddətdə Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik idarəsinin rəisi vəzifəsini tutarkən həmin cinayət şəbəkəsində xüsusi rol oynayıb.
Sərkisyan ifadəsində Barsen Beqlaryanı 1971-ci ildən tanıdığını etiraf edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ