İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sarkisyanın qardaşı oğlu həbs edilib

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın oğlu həbs edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ona qarşı “kütləvi iğtişaşların təşkili və iştirak etməsi” faktı ilə bağlı ittiham irəli sürülüb.

Ermənistan İstintaq Komitəsinin sədrinin mətbuat katibi Vardan Tadevosyan da yerli mətbuata müsahibəsində məlumatı təsdiqləyib. “Bəli, o, iki aylıq həbs edilib, bununla bağlı məhkəmədə qaldırılan vəsatət bu gün təmin olunub”, - deyə, o bildirib.

Gələn informasiyalarda cinayət işinin İstintaq Komitəsi tərəfindən aparılacağı qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR