Onlayn ictimai-siyasi qəzet
ABŞ Milli Təhlükəsizlik Şurasında daha bir kadr dəyişikliyi baş verib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Torri Taussiq Avropa məsələlərinin yeni rəhbəri kimi qəbul edilib.
Taussiq əvvəllər Müdafiə Departamentində NATO-nun siyasət üzrə müşaviri vəzifəsində çalışıb və burada ötən ilin iyulda Vaşinqtonda keçirilən NATO sammitini əlaqələndirib. O, həmçinin Robert Boş Fondunun dəvəti ilə 2018-2019-cu illərdə 15 ay Almaniyada olub. Bu müddət ərzində o, Berlində Bundestaqda xarici siyasət müşaviri, həmçinin Almaniya Xarici İşlər Nazirliyinin transatlantik əlaqələr şöbəsində çalışıb.
Afaq,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ