İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sarkisyan HƏRƏKƏTƏ KEÇİR

Ermənistanda son vaxtlar müxtəlif çevrələrdə sabiq prezident Serj Sarkisyanın aktivləşdiyi barədə məlumatlar gəzir.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Bəziləri hətta qarşıdakı siyasi proseslərdə mümkün aktivləşmə ilə bağlı geniş fərziyyələr irəli sürür, digərləri isə Serj Sarkisyanın daim aktiv təmaslarda olduğunu iddia edir. Ancaq bir gün əvvəl üçüncü prezidentin Rusiyaya qısamüddətli səfər etdiyi, orada Moskvada yaşayan bir qrup varlı erməni ilə görüşdüyü barədə məlumat gəlib.

Ümumiyyətlə, növbədənkənar seçkilərlə bağlı bütün qüvvələrdə, xüsusən də hakimiyyət daxilində müzakirələr davam edir. Nikol Paşinyan bütün bunlara aktiv davranışı və seçki kampaniyasını xatırladan addımları ilə töhfə verir. Hakim partiyanın bəzi üzvləri isə növbədənkənar seçkilərin keçiriləcəyinə inanmır. Onların sözlərinə görə, baş nazir bir neçə ay əvvəl erkən seçkilərin olmayacağını deyib”, - deyə yazıda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR