Onlayn ictimai-siyasi qəzet
Son günlərdə ABŞ-ın hərbi təyyarələrinin Ermənistanın Zvartnots hava limanına endirilməsi ilə bağlı məlumatlar diqqət çəkir. Caliber.az-ın əldə etdiyi məlumata görə, Flightradar qlobal uçuş izləmə xidmətinin məlumatlarına əsasən, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxıb. Bu təyyarələr ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarələri olub və şəxsi heyət hərbi yüklərlə birlikdə Ermənistana gətirilib.
ABŞ-ın Ermənistana hərbi yük və şəxsi heyət göndərməsi regionda diqqət çəkən hadisələrdən biridir. Bu hadisə bir çox suallar doğurur: Niyə məhz indi? ABŞ-ın Ermənistandakı hərbi fəaliyyəti nə ilə əlaqədardır? Bu hadisənin regiondakı digər dövlətlərə, xüsusən də Azərbaycana təsiri nə olacaq?
Məsələ ilə bağlı “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini Nazim Cəfərsoy News24.az açıqlamasında bildirib ki, Ermənistanın silahlandırılması önümüzdəki günlərdə regiondakı gərginliyi olduqca artıracaq:
“Bu xəbərin doğru çıxma ehtimalı olduqca böyükdür, çünki Caliber.az adətən mötəbər mənbələri olan və verdiyi informasiyaların əksəriyyətinin doğru çıxdığı bir xəbər portalıdır. Dolayısı ilə bu xəbərin və məlumatın doğru çıxma ehtimalı yüksəkdir. Diqqəti cəlb edən əsas məsələ ilə bu birləşmələrin Zəngəzurun mərəkəzini seçməsidir. Bu bölgədə ajiotajı artıracaq. Azərbaycan Ermənistanla məsələləri normallaşdırmağa çalışarkən onların Zəngəzur bölgəsinə hərbi müdafiə vasitələri yığması birmənalı qarşılanacaq addım deyil”.
Politoloq qeyd edib ki, əsas gərginlik yaradan məsələ amerikan əsgərlərinin silah-sursatla əraziyə gəlməsidir. Onun sözlərinə görə, Qafqazda ciddi rəqabət var və bu rəqabətdə hərbçilərin meydana girib Zəngəzur bölgəsində qarşı-qarşıya durması gərginliyi artrır: “Aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlaı gətirilməli idi. Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları veriləcəkdi”.
Nazim Cəfərsoy Paşinyanın İranın yeni seçilən prezidentinin andiçmə mərasiminə getdiyi zaman İranın dini lideri Əli Xamenei ilə görüşündə bəzi diqqət çəkən hadisələr olduğunu vurğulayıb. O, bildirib ki, görüş zamanı Xamenei Zəngəzur dəhlizinin açılmasına və bölgəyə xarici güclərin gətirilməsinə qarşı çıxmışdı:
“İranla ABŞ arasında olan münasibətlər də hər kəsə aydındır. Hətta yaxın günlərdə onların arasında ciddi münaqişə yarana bilər, qarşılıqlı hücumlar başlaya bilər. ABŞ-ın hərbi təyyarələrinin Ermənistana gəlişi regionda maraqların və gərginliklərin yenidən yüksəlməsinə səbəb ola bilər. Bu hadisə ABŞ-ın Qafqaz regionunda nə qədər təsirli olacağını və bu təsirin regiondakı digər dövlətlərə nə dərəcədə təsir edəcəyini göstərməkdədir. Azərbaycanın və Türkiyənin bu hadisələrə reaksiyası isə bölgədəki gələcək hadisələrin inkişafına yön verəcək”,- deyə Nazim Cəfərsoy əlavə edib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ