İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Şoqyqunun uşaqlarının anası olduğu iddia edilən qadın Litvada yaşamaq icazəsindən məhrum edilib

Vilnüs məhkəməsi Litva Daxili İşlər Nazirliyinin Rusiya müdafiə naziri Sergey Şoyqunun iki uşağının anası olduğu deyilən Yelena Kaminskasın yaşayış icazəsindən məhrum edilməsi ilə bağlı qərarını qüvvədə saxlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Litva Milli Radio və Televiziyası məlumat yayıb.

Elena Kaminskas 2017-ci ildə Litvada müvəqqəti yaşamaq icazəsi alıb. 2022-ci ilin yayında isə icazə geri alınıb. Onun Litvaya beş il, Şengen ölkələrinə isə üç il müddətinə girişi qadağan edilib. Litva Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsi qərarının səbəblərini açıqlamayıb. Kaminskas məhkəmədə qərara etiraz etməyə çalışıb.

İşdə maraqlı tərəf Litvanın Dövlət Təhlükəsizlik Departamenti olduğu üçün dinləmələr qapalı keçirilib. DTD hesab edir ki, Kaminskasın Litvada olması "onun Rusiya strukturları ilə əlaqələri səbəbindən" dövlətin milli təhlükəsizliyini təhdid edə bilər. Dövlət Təhlükəsizliyi İdarəsinin müvafiq rəyi Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsinə təqdim edilib.

WhatsApp Image 2022-12-09 at 16.22.10.jpeg (120 KB)

Kaminskas, (qızlıq soyadı Şebunova) iyirmi ildən çox Şoyqunun rəhbərlik etdiyi Rusiya Fövqəladə Hallar Nazirliyinin uçuş heyətinin keçmiş stüardessası olub. Hələ 2006-cı ildə"Express-gazeta" qəzeti onun nazirlə ortaq oğlunun olduğu barədə yazmışdı. Bu informasiya 2019-cu “The Insider” saytında da yer alıb. Danila Sergeyeviç 2001-ci ildə, Daria Sergeevna isə 2008-ci ildə dünyaya gəlib.

Yelena Şebunova 2019-cu ildə Litva vətəndaşı Adolfas Kaminskasla evlənib və onun soyadını alıb. Darya rəsmi olaraq övladlığa götürülüb və qız Litva vətəndaşlığına malik olub. Şebunovanın özü hələ də Rusiya vətəndaşıdır.

Şoyqunun rəsmi tərcümeyi-halında Şebunovadan olan övladları qeyd edilmir. O, rəsmən 1977-ci ildən İrina Şoyqu (Antipina) ilə evlidir və iki övladı var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR