İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Lavrov Qarabağdakı gərginliyə münasibət bildirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı gərginliyə münasibət bildirib.

Musavat.com "Report"a  istinadən xəbər verir ki, o, regiondakı gərginlikdən narahat olduğunu deyib.

“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - S.Lavrov söyləyib.

Rusiya XİN-dən isə bildirilib ki, ölkənin ali rəhbərliyi, həmçinin S.Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR