İnsanlara hürriyət, millətlərə istiqlal!

Serdar Ortaçın keçmiş arvadı: "Qızıllarımı satıb qumar oynayırdı, qəzadan sonra məni istəmədi" - FOTO

Müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı, model Chloe Loughnan ilk dəfə ondan ayrılma səbəbini açıqlayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o müsahibəsi zamanı Serdar Ortaçın pis vərdişləri olduğunu deyib:

"İrlandiyaya ailəmin yanına gedirdim. Gələndə görürdüm qızıllarım yerində yoxdur. Son zamanlar artıq zinət əşyalarımın şəkillərini çəkməyə başladım. Keçmiş həyat yoldaşım qızıllarımı satıb qumar onayırdı".

Chloe Serdardan uşaq dünyaya gətirmək istəməsinin səbəbini də açıqlayıb.

O bildirib ki, Serdar onunla hər zaman ağır şəkildə danışıb, həm qumar oynadığı həm də onunla pis rəftar etdiyinə görə Chloe uşaq istəməyib:

"Qumar oynadığına və mənimlə ağır şəkildə danışdığına görə ondan uşağım olmağını istəmirdim. Mayamidə avtomobil qəzası keçirdim. Üzümdən xəsarət almışdım.

Mənə “Əvvəlki qədər gözəl olamayacaqsan, çirkin görünürüsən, səni istəmirəm” dedi.

Qeyd edək ki, irlandiaylı model Chloe Loughnan Serdar Ortaçla 2014-cü ildə evlənib 2019-cu ildə isə boşanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR