İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya prezidenti açıqladı: İstefa verəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

“Bu gün Serb Tərəqqi Partiyasının sədri kimi sizə müraciət etdiyim son axşamdır. Sabah mən artıq siyasi partiyanın sədri deyil, Serbiyanın bütün vətəndaşlarının lideri olacağam”, - deyə Vuçiç ölkə hökumətinə dəstək məqsədilə keçirilən ümummilli mitinq iştirakçıları qarşısında çıxış edərkən bildirib.

Xatırladaq ki, bundan əvvəl Vuçiç yeni siyasi hərəkatın – “Serb bloku”nun yaradılmasının zəruriliyini bəyan etmişdi. Onun sözlərinə görə, bu hərəkat başqa dövlətlərin deyil, respublikanın maraqlarını müdafiə edəcək.

Aleksandar Vuçiç yeni, partiyalarüstü siyasi hərəkatın may ayında Serbiyada yaradıla biləcəyini demişdi.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR