İnsanlara hürriyət, millətlərə istiqlal!

"Separatçıların Ermənistandan rabitə və internet alışı dayandırılmalıdır"  

 

"Qarabağdakı separatçıların mobil rabitəsi və internet təchizatı “Karabakh Telecom” şirkəti üzərindədir".

Musavat.com Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə istinadən xəbər verir ki, separatçıların rabitə kanalları isə Ermənistan üzərindəndir: "Geniş baza stansiyaları və xidmət mərkəzləri, infrastrukturu var. Müharibədən sonra infrastrukturu  yenidən bərpa ediblər.

Tariflərini şirkət deyil, separatçı rejim özü müəyyən edir.

İkinci Qarabağ  Savaşında Arutunyan bu şirkəti  Livanlı sahiblərindən - Fatuş qardaşlarından zorla ələ keçirib özəlləşdirmişdi.

Hazırda ərazimizdə qanunsuz fəaliyyət göstərən bu şirkətin kimə məxsus olması haqqında məlumat yoxdur. Güman ki, “Karabakh Telecom”-u indi də separatçıların yeni "prezidenti" Şahramanyan ələ keçirər.

Düşünürəm ki, bu kommunikasiyanın da Azərbaycan qanunlarına tabe etdirməyin zamanı yetişib.

“Karabakh Telecom” -un 20 ildən çox qanunsuz fəaliyyətinə qiymət verilməli, xidmət üçün  RİNN-dən lisenziya almalı, tezliklər bizim qurumlar tərəfindən ayrılmalı, trafikinə bizim qanunlar çərçivəsində nəzarət olunmalı və interneti də bizim magistral provayderlərdən almalıdır".

Ekspertin fikrincə, Ermənistandan gələn magistral rabitə və internet kanallarını bağlamaq və Ağdam istiqamətindən Xankəndinə yeni magistral xətlər çəkmək doğru olardı:

"Əminəm ki, undan imtina etsələr də , internetdən imtina etməyəcəklər.

Yəni Ağdam -Xankəndi yolunun açılması ilə yanaşı, rabitə və kommunikasiyanın da Azərbaycan operatorları üzərindən olması təmin edilməlidir.

İnteqrasiyanı ərzaqdan deyil, rabitədən və internetdən başlamaq məntiqli olardı.

Əminəm ki, bu addım, bircə gün rabitəsiz və internetsiz qalmaq oradakı ermənilərin  Azərbaycan qanunlarına tabe olması və inteqrasiyası istiqamətində işləri xeyli sürətləndirəcək".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR