İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıların Ağdərədə güllələdiyi erməninin adı açıqlandı  

Ermənistanın Qarabağda qeyri-qanuni saxladığı hərbçilər arasında baş verən atışma nəticəsində yaralanan şəxsin adı açıqlanıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu, Mqer Kamoeviç Akopyandır. Erməni separatçıları hadisənin guya Azərbaycan ordusu tərəfindən atəş nəticəsində baş verdiyini iddia etsələr də, Müdafiə Nazirliyi bunu qəti şəkildə təkzib edib.

Ağdərə bölgəsində baş verən hadisənin erməni terrorçuları arasındakı qarşıdurma nəticəsində baş verdiyi istisna olunmur. O da mümkündür ki, Laçının çıxışında qurulan sərhəd-nəzarət məntəqəsinin qurulmasından sonra terrorçular aradan çıxmaq istəyən silahlıları özləri bu şəkildə cəzalandırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR