İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı Paşinyana meydan oxudu

"Bizim atdığımız hər hansı bir  addım Ermənistan üçün təhlükə ola bilməz, mən deyərdim, əksinə".

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu iddia ilə Qarabağdakı keçmiş xunta rejiminin oyuncaq “parlamentinin deputatı” Metakse Akopyan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdan olan köçkünlər arasında bəzi dairələrin zorakılıq yaradan addımlar atmasının Ermənistanın milli təhlükəsizliyinə təhdid olması ilə bağlı bəyanatına cavabında belə deyib.

“Bütün addımlarımız, hərəkətlərimiz yalnız bir məqsədə - düşmən tərəfindən işğal olunmuş vətənimizə qayıtmağa yönəlib. Faktiki olaraq, artsax respublikası mövcuddur, o, düşmən tərəfindən işğal olunub və bizim vətənimizə qayıtmaq imkanımız olduğu anda respublikanın bütün qurumları fəaliyyət göstərməlidir. Bizim qayıdış məqsədimiz isə heç vaxt Ermənistanın mövcudluğuna təhlükə yarada bilməz. Biz heç vaxt artsaxı Ermənistandan ayrı və əksinə hesab etməmişik. Etdiyimiz hər şey hesablanmışdır və təhlükə yarada bilməz”, - Akopyan gic-gic danışmağa davam edib və bununla faktiki olaraq Paşinyana meydan oxuyub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR